“Meta”da YENİLİK: Süni intellektə əsaslanan çatbotlar OLACAQ

“Meta”da YENİLİK: Süni intellektə əsaslanan çatbotlar OLACAQ

Hazırda oxunan: “Meta”da YENİLİK: Süni intellektə əsaslanan çatbotlar OLACAQ

149092

ABŞ-ın “Meta” korporasiyası sosial şəbəkə platformalarında istifadəçilərlə ünsiyyət zamanı müxtəlif tarixi şəxsiyyətləri və digər personajları təqlid edə biləcək süni intellektə əsaslanan çatbotları işə salacaq. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yeni proqram məhsulları sentyabrda istifadəyə verilə bilər. 

Onlar şirkətin sosial şəbəkələrinin istifadəçilərinə məlumat tapmaqda kömək edəcək, müxtəlif tövsiyələr verəcək, həmçinin əyləncə yaradacaqlar. Məsələn, personajlarla oynamaq mümkün olacaq. Botlar Avraam Linkoln kimi tarixi şəxsiyyətlərin danışıq tərzlərini təqlid edəcəklər. Onlar adi tematik personajları da təqlid edə biləcəklər.

Məsələn, səyyah nöqteyi-nəzərindən tətilin planlaşdırılması və səyahətlə bağlı məsləhətlər verəcəklər. 

Qeyd edək ki, korporasiyanın süni intellekt texnologiyaları əsasında proqram təminatının yaradılması sahəsində atdığı son addımlar şirkətin rəqabəti getdikcə daha çox hiss etməsi və daha çox yeni istifadəçi cəlb etməyə çalışması ilə bağlıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO