14 il bir qızı cinsi köləlikdə saxlayan Çelyabinsk manyakının FOTOSU yayıldı

14 il bir qızı cinsi köləlikdə saxlayan Çelyabinsk manyakının FOTOSU yayıldı

Hazırda oxunan: 14 il bir qızı cinsi köləlikdə saxlayan Çelyabinsk manyakının FOTOSU yayıldı

148940

14 il əvvəl iki qızı qaçıran, birini öldürən, digərini isə cinsi köləlikdə saxlayan Çelyabinsk vilayətindən olan manyakın fotosu sosial mediada yayılaraq rus mətbuatının gündəminə səs salıb. 

Bizim.Media “Shot” teleqram kanalına istinadən xəbər verir ki, cinayətkarın evinin həyətində daha bir neçə nəfərin qalıqları, o cümlədən sümüklər və pas izləri olan əzilmiş kəllə tapılıb.

Mütəxəssislərin fikrincə, qalıqlar təxminən 7-10 ildir orada qalıb. Ehtimal edilir ki, qurbanların ölümü balta ilə həyata keçirilib. 

Məlumatda deyilir ki, Katya adlı qız 19 yaşında Vladimir Çeskidov tərəfindən əsir götürülüb, onlar dəmiryol vağzalında tanış olublar. Manyak onu evə dəvət edib, qapını qıfıllayıb, pəncərələrə barmaqlıqlar quraşdırıb. O, hədə-qorxu ilə qıza davamlı təcavüz edib. İkinci qurban, əvvəllər müqavimət göstərməyə, qışqırmağa və kömək çağırmağa çalışıb, sonra isə öldürülüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.  
Qonşular Vladimirin evində hansı vəhşiliyin baş verdiyini təxmin edə bilməyiblər, çünki manyak nadir hallarda hasarla əhatə olunmuş evi tərk edib. 






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO