Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücuma başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna qoşunları Limansk və Kupyansk istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.
Hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir:
“Düşmən ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:04 / 01.08.2023
Ukrayna ordusu Baxmutda əks-hücuma başladı
Hazırda oxunan: Ukrayna ordusu Baxmutda əks-hücuma başladı
Hazırda oxunan: Ukrayna ordusu Baxmutda əks-hücuma başladı
148909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.