Hər bir toplumun, cəmiyyətin və hətta dinin əsaslarını və mədəniyyətini öyrənmək üçün ilk növbədə onun tarixi keçmişinə baxmaq lazımdır. Tarixsə daha çox kitabxanalarda və muzeylərdə yaşadılır.
Elə isə islam dünyası sivilizasiyaya hansı kitabxanaları ilə tanınır?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Milli Kitabxanasının 100 illiyi qeyd EDİLƏCƏK
İslam dünyasında kitabxanalar çoxdan mövcud olub. Lakin ilk kağız kitabxanası 8-ci əsrin sonunda Bağdadda tacirlərin kağız hazırlamaq üçün lazım olan materialları gətirdiyi zaman yaranıb. Onlar məscidlərdə, mədrəsələrdə və ya Hikmət Evlərində (İslam akademiyası, “Beytül-hikmə” kimi də tanınır) qurulub.
Bağdaddakı ən böyük kitabxana isə 9-cu əsrin ortalarında yaradılıb. Ümumikdə isə ilk kütləvi kitabxanalar Bağdad, Qahirə və Kordobada meydana çıxıb. Bu kitabxanalardakı kitablar əsasən başqa dillərdən ərəb dilinə tərcümə edilmiş əsərlər idi. Sonradan kitab fondları dəqiq elmlərin nüsxələri ilə doldu, fərdi şəxslərin sayəsində çoxsayda kitabxanalar yaranmağa başladı.
Əl Qaraviyin Kitabxanası
Ginnesin Rekordlar Kitabına, eləcə də YUNESKO-nun məlumatlarına görə, Əl-Karaouine mövcud olanlar arasında dünyanın ən qədim təhsil müəssisəsi hesab olunur. 859-cu ildə Fatimə əl-Fihri tərəfindən əsası qoyulub.
Mərakeşin Fez şəhərində əvvəlcə onun vəsaiti ilə məscid tikilib. Sonralar dini kompleks mənəvi-tərbiyə mərkəzi kimi geniş tanınmağa başladı. Bu günədək bu divarlar arasında 4 minə yaxın nüsxə saxlanılır, onların arasında təkcə nadir kitablar deyil, həm də əlyazmalar var.
Orada Quranın IX əsrə aid variantı, eləcə də filosof Averroes tərəfindən yazılmış İslam fiqhinə dair əlyazma saxlanılır. Bu kitabxananın binası İslam dünyasının ən gözəl binalarından biri hesab olunur. Bu kompleksdə yerləşən universitetin divarları içərisində müsəlman dünyasının bir çox məşhur filosofları və alimləri təhsil alıbdılar.
Bursa Ulu Cami Məscidi
Beytül-Hikmə (Hikmət evi) divarları daxilində dünyanın hər yerindən alimlərin çalışdığı ən böyük təhsil və intellektual mərkəz idi. Hikmət Evinin tam olaraq nə vaxt yarandığı barədə dəqiq məlumat yoxdur. Bir versiyaya görə, bu mərkəz Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə təsis olunub.
Başqa bir fikrə görə, qurum sonralar, ər-Rəşidin oğlu xəlifə Əl-Məmunun dövründə yaradılıb. Üçüncü qism tədqiqatçılarsa deyirlər ki, bina daha əvvəl tikilib. Hikmət Evində yerli alimlər xarici dillərdən ərəb dilinə kitabların tərcüməsi ilə məşğul olurdular. Təəssüf ki, bu bina günümüzə qədər gəlib çıxmayıb. Bina monqol yürüşləri zamanı dağıdılıb.
Yeni İsgəndəriyyə Kitabxanası
1970-ci illərdə bir qrup alim dünyanın qədim möcüzəsini - İsgəndəriyyə Kitabxanasını canlandırmaq ideyasını irəli sürdü. Təşəbbüsü YUNESKO, həmçinin Misirin bir sıra siyasətçiləri, o cümlədən o vaxtkı prezident Hüsnü Mübarək dəstəkləyib. 2002-ci ildə Yeni İsgəndəriyyə Kitabxanası adlanan binanın açılışı oldu. Kompleks 8 milyon kitab saxlamaq üçün nəzərdə tutulub.
Burada 11 mərtəbəli oxu zalı, konfrans zalı, bir neçə muzey, planetarium və sair var. Kitab anbarları yerin altında yerləşir və onların dəniz duzunun təsirindən qorunması üçün burada xüsusi tədbirlər görülüb.
Kral Əbdüləziz Dünya Mədəniyyət Mərkəzinin Kitabxanası
İtra kimi tanınan Kral Əbdüləziz Dünya Mədəniyyət Mərkəzi cəmi bir neçə il əvvəl Səudiyyə Ərəbistanında açılsa da, artıq bütün dünyada geniş şəkildə tanınır. 85 min kvadratmetr ərazidə qalereyalar, kinoteatrlar, teatrlar, muzeylər var. Kitabxana öz ərazisinə görə Yaxın Şərqin ən böyük kitabxanasıdır.
Surxay Atakişiyev, Bizim.Media