Zelenski: “Müharibə tədricən Rusiya ərazisinə qayıdır”

Zelenski: “Müharibə tədricən Rusiya ərazisinə qayıdır”

Hazırda oxunan: Zelenski: “Müharibə tədricən Rusiya ərazisinə qayıdır”

148682

Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, Rusiya ordusu bu qış Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edə bilər.

Bizim.Media xəbər verir ki, Zelenski bunu İvano-Frankovskda Ukrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasının yekunları üzrə ukraynalılara müraciətində deyib.

"Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi qondarma "xüsusi hərbi əməliyyat"ın davam etməsindən 522-ci gündür.

Ukrayna güclənir. Müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir", - deyə Zelenski vurğulayıb.

"Lakin biz şüurlu olmalıyıq ki, keçən il olduğu kimi, bu qış da rus terrorçuları bizim enerjimizi vura bilərlər. Kritik obyektləri. Bu gün biz icmalarla bütün mümkün ssenarilərin hazırkı vəziyyətini müzakirə etdik", - deyə prezident qeyd edib.
Zelenski həmçinin bildirib ki, bu gün icmalarda enerji və müxtəlif həyatı təmin edən sistemlər də daxil olmaqla, təcili bərpa məsələsi müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO