İntim görüntüləri yayılan iranlı məmur işdən çıxarıldı - FOTO

İntim görüntüləri yayılan iranlı məmur işdən çıxarıldı - FOTO

Hazırda oxunan: İntim görüntüləri yayılan iranlı məmur işdən çıxarıldı - FOTO

148626

İranlı məmur kişi ilə cinsi əlaqədə olduğu iddia edilən videoya görə vəzifəsindən uzaqlaşdırılıb. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Bildirilir ki, söhbət dindarlığa, hicab taxmağa və ölkənin mühafizəkar əsaslarının qorunmasına yönəlmiş Mədəniyyət Mərkəzinə rəhbərlik edən Gilan əyalətinin Mədəniyyət və İslam rəhbərliyi şöbəsinin müdiri Rza Saqatadan gedir.

İslam şəriət qanunlarına əsaslanan İran qanunvericiliyində eynicinsli münasibətlər cinayətdir və ölüm cəzası kimi maksimum cəzaya səbəb olur.

Saqatinin və naməlum kişinin çəkildiyi video müxalif Radio Gilan Telegran kanalında yerləşdirilib. İyulun 22-də Gilan administrasiyası videoya cavab olaraq "İslam rəhbərliyinin direktorunun iddia edilən səhvi"ni bildirib. Onlar bildiriblər ki, iş “diqqətlə baxılması üçün məhkəməyə göndərilib”. 
Administrasiya rəsminin vəzifəsinin dayandırıldığını bildirib və videonun “İslam inqilabının nəcib mədəni cəbhəsini zəiflətmək” üçün istifadə edilməməsini istəyib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO