Pentaqon Ukrayna üçün xüsusi müqavilə imzaladı - DETALLAR

Pentaqon Ukrayna üçün xüsusi müqavilə imzaladı - DETALLAR

Hazırda oxunan: Pentaqon Ukrayna üçün xüsusi müqavilə imzaladı - DETALLAR

148613

İyun ayında ABŞ-ın müdafiə naziri Lloyd Austin 400-dən 500-ə qədər yeni terminal və Starlink peyk internet xidmətlərinin alınmasına dair müqaviləni təsdiqləyib. Bu, Ukrayna hərbçilərinə siqnal kəsilsə belə internetə daxil olmaq imkanı verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri yazıb.

Mənbə qeyd edir ki, Pentaqonla İlon Maskın Starlink şirkəti arasındakı müqavilə Ukraynanı xüsusi terminallar və xidmətlərlə təmin etmək məqsədilə bağlanıb.
Razılaşma ilə tanış olan NYT mənbələrinə istinadən bildirir ki, Pentaqon müqaviləyə əsasən Ukraynada Starlink siqnallarının parametrlərinə nəzarət edəcək.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Qreqori Allenin sözlərinə görə, İlon Maskın şirkəti müharibənin qızğın vaxtında ABŞ-ın xarici siyasətinə açıq şəkildə qarşı çıxıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO