Türkiyədə baş verən avtobus qəzasında ölənlərin satı 7-yə çatıb, 22 nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, yaralılar Ərzurum və Qarsdakı xəstəxanalara yerləşdirilib.
*** 10:43
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Bizim.Media Anadolu agentliyinə istinadla bildirir ki, hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub.
Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bizim.Media