Banqladeşdə etirazlar zamanı 20-yə yaxın polis YARALANIB 

Banqladeşdə etirazlar zamanı 20-yə yaxın polis YARALANIB 

Hazırda oxunan: Banqladeşdə etirazlar zamanı 20-yə yaxın polis YARALANIB 

148569

Banqladeş müxalifəti və hakim partiyanın tərəfdarları ardıcıl ikinci gündür Dəkkədə minlərlə insanın iştirak etdiyi aksiyalar keçirirlər. 

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlarla müşayiət olunan aksiyaların gedişində 20-yə yaxın polis işçisi yaralanıb, azı 90 nəfər saxlanılıb. 

Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən hakimiyyətdə olan, müxalifətin demokratik azadlıqları boğmaqda ittiham etdiyi Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.
Qeyd edək ki, Baş nazirə dəstək nümayiş etdirən hakim Avami Liqası (Xalq Liqası) partiyasının tərəfdarları dünən paytaxt Dəkkədə cavab mitinqləri keçiriblər. Paytaxtın bəzi yerlərində, o cümlədən müttəfiq qruplaşmaların daxilində toqquşmalar yaşanıb. Qarşıdurma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO