Afrika İttifaqı bu ölkəyə qanuni hakimiyyətin bərpası üçün 15 gün vaxt VERDİ 

Afrika İttifaqı bu ölkəyə qanuni hakimiyyətin bərpası üçün 15 gün vaxt VERDİ 

Hazırda oxunan: Afrika İttifaqı bu ölkəyə qanuni hakimiyyətin bərpası üçün 15 gün vaxt VERDİ 

148551

Afrika İttifaqı Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib. 

Şura, həmçinin “demokratik yolla seçilmiş” prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib. 
Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu vəzifədən kənarlaşdırıb.

Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO