Ağ Evdən Pekinə qarşı NÖVBƏTİ HƏMLƏ – Tayvana hərbi yardım AYRILACAQ  

Ağ Evdən Pekinə qarşı NÖVBƏTİ HƏMLƏ – Tayvana hərbi yardım AYRILACAQ  

Hazırda oxunan: Ağ Evdən Pekinə qarşı NÖVBƏTİ HƏMLƏ – Tayvana hərbi yardım AYRILACAQ  

148464

Rəsmi Vaşinqton Tayvana 345 milyon dollara qədər hərbi yardım ayıracaq. 

Bizim.Media “Associated Press” nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin adından yayılan bəyanatda deyilir. 

Qeyd olunub ki, Bayden bununla bağlı Dövlət Katibinə göstəriş verib. 

Hərbi yardım ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından ayrılacaq, paketə daşına bilən hava hücumundan müdafiə sistemləri, odlu silahlar, raketlər, kəşfiyyat və müşahidə avadanlıqları daxil olacaq. 

Mənbənin bildirdiyinə görə, ABŞ Senatı Pentaqona və Ağ Evə təzyiq edərək Tayvana silah çatdırılmasını sürətləndirməyə çalışırlar. Məqsəd isə Tayvanı Çinə qarşı silahlandırmaq və Çini adaya mümkün hücum planları qurmaqdan çəkindirməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO