“Türk Hava Yolları”na məxsus İstanbul-Mərakeş reysi ilə uçan təyyarə sərnişinin intihar etməsindən sonra Əlcəzairdə məcburi eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkət tviter səhifəsində məlumat yayıb.
Uçuşdan az sonra sərnişinlərdən biri təyyarənin ayaqyoluna daxil olub. Onun orada uzun müddət ərzində qalması stüardessalarda şübhə yaradıb. Nəticədə qapı sındırılıb və adı açıqlanmayan sərnişinin meyiti aşkarlanıb.
Təyyarənin komandiri Əlcəzairə təcili eniş etmək qərarına gəlib. Yerli həkimlər sərnişinin ölümünü sənədləşdirib. Lazımi hüquqi prosedurları yerinə yetirdikdən sonra təyyarə təyinat yerinə uçuşunu davam etdirib. “Türk Hava Yolları” hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:17 / 26.07.2023
Türk Hava Yollarının sərnişini təyyarənin tualetində intihar ETDİ
Hazırda oxunan: Türk Hava Yollarının sərnişini təyyarənin tualetində intihar ETDİ
Hazırda oxunan: Türk Hava Yollarının sərnişini təyyarənin tualetində intihar ETDİ
148007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.