Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırdı

Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırdı

Hazırda oxunan: Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırdı

147597

NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-lərə açıqlamasında NATO nümayəndəsi Oan Lunqesku məlumat verib.

"Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər", - deyə spiker bildirib. O həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətdə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı məsləhətləşmələr üçün Ukrayna-NATO Şurasının təcili çağırılması təklifi ilə Stoltenberqə müraciət etdiyini bildirmişdi.

Xatırladaq ki, Rusiya “taxıl sazişin”dən çıxdıqdan sonra son bir neçə gündür Ukraynanın cənubu, xüsusilə Odessa şəhəri gecə raket və dronla vurulur.

İyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, səhər saatlarına olan məlumata görə, raket atışı nəticəsində bir nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Bu hücum zamanı Odessanın dini və tarixi abidəsi də dağılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO