Danimarka XİN Kopenhagendə Quranın yandırılmasını pisləyib

Danimarka XİN Kopenhagendə Quranın yandırılmasını pisləyib

Hazırda oxunan: Danimarka XİN Kopenhagendə Quranın yandırılmasını pisləyib

147546

Müqəddəs kitabların, dini rəmzlərin məhv edilməsi qınanılmağa layiq biabırçı bir hərəkətdir. 

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda deyilir. 

"Danimarka hökuməti Quranın yandırılmasını pisləyir. Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmət etməyən utancverici bir hərəkətdir. Bu, bir çox insanı incidən, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat xarakterli bir hərəkətdir", -deyə bəyanatda qeyd olunur. 
Xarici İşlər Nazirliyi krallıqda dini etiqad azadlığının olduğunu və bir çox subyektin İslam dinini qəbul etdiyini xatırladır. 

Kopenhagen polisi bildirib ki, iyulun 21-də İraq səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı Quran nüsxəsi olduğu göstərilməyən kitab yandırılıb.

Danimarka Xarici İşlər Nazirliyi bunun müqəddəs kitabın yandırılması olduğunu etiraf edib. İlkin məlumata görə, hadisəni sağçı radikal "Danimarka Patriotları" qrupu törədib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO