“RİA Novosti”nin hərbi jurnalisti Rostislav Juravlev Ukraynanın Donbassda atdığı atəş nəticəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 22-də saat 12:00 radələrində Ukrayna Silahlı Qüvvələrinin endirdiyi artilleriya zərbəsi nəticəsində bir nəfər ölüb, üç jurnalist müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar səhra tibb müəssisələrinə aparılıb”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, yaralananlar arasında “RİA Novosti”nin fotojurnalisti Konstantin Mixalçevski də var.
Xatırladaq ki, Rostislav Juravlev 2020-ci ildə baş vermiş Vətən müharibəsində ermənipərəst mövqeyi ilə seçilən jurnalistlərdən olub.
Bizim.Media