Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Prezidenti Vladimir Putinin Polşa ilə bağlı sözlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
“Görüş çox qısa olub”, - deyə o əlavə edib.
Xatırladaq ki, cümə günü Putin Təhlükəsizlik Şurası ilə iclasda deyib ki, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbin və Almaniyanın torpaqlarının yetərincə hissəsini alıb. Rusiyalı lider, həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istərdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 22.07.2023
Rusiyalı səfir Polşa XİN-ə ÇAĞIRILDI - SƏBƏB
Hazırda oxunan: Rusiyalı səfir Polşa XİN-ə ÇAĞIRILDI - SƏBƏB
Hazırda oxunan: Rusiyalı səfir Polşa XİN-ə ÇAĞIRILDI - SƏBƏB
147485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.