Krım körpüsündə hərəkət DAYANDIRILDI 

Krım körpüsündə hərəkət DAYANDIRILDI 

Hazırda oxunan: Krım körpüsündə hərəkət DAYANDIRILDI 

147471

Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb. 

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Krım Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. 

Körpüdə və yoxlama zonasında olan insanlardan sakitliyə və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırılıb. 

İyulun 22-də səhər saatlarında Krım Respublikasının operativ qərargahı Krım körpüsünün hər iki tərəfindəki yoxlama məntəqələrinə getməkdə heç bir çətinliyin olmadığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO