Rusiya XİN-dən Ərdoğanın sülhməramlılarla bağlı bəyanatına MÜNASİBƏT - VİDEO

Rusiya XİN-dən Ərdoğanın sülhməramlılarla bağlı bəyanatına MÜNASİBƏT - VİDEO

Hazırda oxunan: Rusiya XİN-dən Ərdoğanın sülhməramlılarla bağlı bəyanatına MÜNASİBƏT - VİDEO

147159

Ankara Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın tərəfi deyil. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilmiş NATO sammitində “Rusiya sülhməramlıları 2025-ci ilə kimi Qarabağ tərk edəcək” bəyanatına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, məhz bu sənədin əsasında Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingenti yerləşdirilib: 

“Məhz bu sənəddə sülhməramlı kontingentin qalma müddəti və növbəti beş illik müddətə mümkün uzadılması parametrləri dəqiq qeyd olunub. 

Xatırladım ki, Rusiya sülhməramlıları Qarabağda vacib sabitləşdirici rol oynamağa davam edirlər. Onların əsas funksiyası atəşkəs rejiminin dəstəklənməsidir. Regiondakı mövcud gərgin vəziyyətin mövcudluğunu nəzərə alsaq, sülhməramlıların fəaliyyətinə daha çox tələbat var.
Cənubi Qafqazda sülhün dəstəklənməsi Azərbaycan və Ermənistanın maraqlarına cavab verdiyi kimi, region ölkələrinin, o cümlədən Türkiyənin də maraqlarına cavab verir. Bununla əlaqədar türkiyəli həmkarlarımızla Ağdam rayonundakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki mövcud əməkdaşlığımızı qeyd edirik”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO