Ruben Vardanyan Nikol Paşinyanın həyat yoldaşından nə istəyir? - DETALLAR

Ruben Vardanyan Nikol Paşinyanın həyat yoldaşından nə istəyir? - DETALLAR

Hazırda oxunan: Ruben Vardanyan Nikol Paşinyanın həyat yoldaşından nə istəyir? - DETALLAR

147000

Qarabağda gizlənən rusiyalı oliqarx Ruben Vardanyan son vaxtlar diqqətləri üzərinə cəlb etməyə çalışır. Bu dəfə o, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı tənqid edib.

Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, Vardanyan birinci xanımın son paylaşımını bəyənməyib.

Paylaşımında Akopyan Eynşteynin qaçqınlarla bağlı sitatını xatırladıb: "Başqa ölkəyə gedəndə onlar (qaçqınlar nəzərdə tutulur) təkcə özləri ilə əl yüklərini aparmır".

Ruben Vardanyan tənqidinə bu sözlərlə başlayıb:

"Anna Akopyanın Eynşteynin kitabını hamıya nümayiş etdirməklə Qarabağdakı etnik erməniləri yenidən qaçqın etmək niyyəti baş tutmayacaq. Ümid etməyin, xanım Akopyan, sizin Qarabağdakı erməniləri qaçqın etmək istəyiniz baş tutmayacaq. Biz qaçqın olmayacağıq, burada yaşayacağıq, anama and içirəm!”.

Daha sonra o, sonadək mübarizə aparacağını deyib. 

Belə çıxır ki, Vardanyan bunları deməklə Paşinyanı sərt reaksiyaya sövq edir. Onsuz da qaçqın milyarder son günlər dalbadal Vovayeviçi (Nikol Paşinyan) açıq tənqid edir, onu polemikaya səsləyir.

Qarşı tərəf isə buna cavab vermir. Vardanyan Paşinyanı arvadı vasitəsilə əsəbiləşdirmək istəyir. 

Bundan sonra yəqin növbə Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyana çatacaq. Onlar arasındakı körpü də rəsmi Bakının təsiri ilə çoxdan dağılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO