Rusiya Türkiyəyə iki amfibiya təyyarəsi GÖNDƏRDİ 

Rusiya Türkiyəyə iki amfibiya təyyarəsi GÖNDƏRDİ 

Hazırda oxunan: Rusiya Türkiyəyə iki amfibiya təyyarəsi GÖNDƏRDİ 

146968

Rusiya Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə iki ədəd Be-200 amfibiya təyyarəsi göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, təyyarələr Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq göndərilib. 

Termal kameralarla təchiz edilmiş iki Be-200 amfibiya yanğınsöndürən təyyarəsi Rostov-na-Donu Platov hava limanından Türkiyənin Muğla və İzmir şəhərlərinə uçub. 

Qeyd edək ki, iyulun 16-da Türkiyənin bir sıra bölgələrində irimiqyaslı meşə yanğınları baş verib. Balıkesir, Adana, Hatay, Mersin və Muğlada yanğınların qarşısı alınıb, Tekirdağ, Çanaqqala və Diyarbəkirdə də yanğının söndürülməsi işləri davam edir. Yanğınlar istilər və güclü külək fonunda baş verib. İyulun 16-da Antalya, Muğla və Şirnakda havanın temperaturu 45 dərəcə istini keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO