Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq - RƏSMİ AÇIQLAMA

Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq - RƏSMİ AÇIQLAMA

146963

Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya” qəzetinə bildirib.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə üzvlük prosesi saatlar deyil, illər tələb edir.

Piter Stano, həmçinin vurğulayıb ki, viza rejiminin liberallaşdırılması barədə qərar Aİ üzvləri tərəfindən bu statusu almaq niyyətində olan ölkə insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra verilir.

Fransa parlamentinin deputatı Tyerri Mariani nəşrə bildirib ki, o, Ankara ilə danışıqları bərpa etməyin mənasını görmür.

Eyni zamanda qəzet Türkiyənin üzvlük mövzusunun müzakirə olunacağını qeyd edir. 

Türkiyənin “Hürriyet” qəzeti yazır ki, bu məsələ ilə bağlı ilk siqnallar iyulun 20-də Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO