Fransada ermənilər və türklər arasında qarşıdurma baş verib

Fransada ermənilər və türklər arasında qarşıdurma baş verib

Hazırda oxunan: Fransada ermənilər və türklər arasında qarşıdurma baş verib

1469

Ermənistana dəstək nümayişləri səbəbindən Fransanın Lion şəhərində magistral yol bağlanıb, erməni və türk qrupları arasında qarşıdurma yaşanıb.

Bizm.Media  “Euronews”a istinadən xəbər verir ki, hadisə yerində olan türk və erməni qrupları arasında baş verən toqquşmada ən az iki nəfər yaralanıb.

16 yaşlı bir nəfər bıçaqla, 23 yaşlı bir nəfər isə çəkic zərbəsi ilə yaralanıb. Nümayişin keçirildiyi bölgəyə çoxlu sayda təcili yardım cəlb olunub, yaralılar xəstəxanaya aparılıb.

Lion və Marsel şəhərlərini birləşdirən magistral yolda baş verən nümayiş nəqliyyatın səhər saatlarından ikitərəfli olaraq kəsilməsinə səbəb olub, kilometrlərlə tıxac yaranıb.

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO