Rusiyanın paytaxtı Moskvaya güclü yağışlar səbəbindən sel gəlib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın cənubunda və mərkəzində güclü leysan və qasırğa başlayıb.
Bildirilib ki, yağış suları həmçinin metrostansiyalara da dolub. Petrov bulvarında parkinq olunmuş 10-a yaxın maşın suyun altında qalıb.
Qeyd olunub ki, ölkənin Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı sakinlərə xəbərdarlıq edib.
Bizim.Media