Çexiyada iki avtobus toqquşdu - 1 ölü, 60 yaralı var

Çexiyada iki avtobus toqquşdu - 1 ölü, 60 yaralı var

Hazırda oxunan: Çexiyada iki avtobus toqquşdu - 1 ölü, 60 yaralı var

146728

Çexiyada iki avtobus toqquşub, 1 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında magistral yolda qeydə alınıb.

Həlak olan şəxs avtobuslardan birinin sürücüsüdür. Yaralılardan 13-nün vəziyyəti ağırdır, qalan 47 nəfər isə yüngül və orta dərəcəli xəsarətlər alıb.

Avtobuslardan birində Macarıstandan gələn turistlər olub. İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücülərindən birinin sükan arxasında infarktdan ölməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO