Zelenski: “Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır”

Zelenski: “Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır”

Hazırda oxunan: Zelenski: “Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır”

146697

Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib. 

“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb.
Sazişlə bağlı BMT və Türkiyəyə Ukraynanın rəsmi mövqeyini çatdırmağı tapşırdığını bildirən Zelenski deyib: “Mən Rusiya Federasiyasının rəsmi mövqeyindən sonra Xarici İşlər Nazirliyimizə tapşırmışam ki, BMT-yə və Türkiyəyə bizim rəsmi mövqeyimizi hazırlasınlar. Ukraynanın taxıl sazişini davam etdirməyə hazır olduğuna dair cavab versinlər”.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə, hər şey edilməlidir ki, Ukrayna Qara dəniz dəhlizindən istifadə edə bilsin.

“Qorxmuruq. Gəmilərə sahib olan şirkətlər bizə müraciət etdilər. Dedilər ki, əgər Ukrayna və Türkiyə gəmiləri buraxmağa razıdırsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - deyə Volodimir Zelenski vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO