Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Krım körpüsünə hücumun Britaniya xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirildiyini iddia edib.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq o, Londona zərbə endirməyi təklif edib.
“Krım körpüsünə hücumun Britaniya kəşfiyyatının köməyi ilə həyata keçirildiyi doğrudursa, bu, Touer körpüsünü qanuni hədəfə çevirirmi? Mənim üçün ora hədəfdir”, deyə Simonyan sosial şəbəkədə yazıb.
Öz növbəsində Kremlin digər “ruporu” Vladimir Solovyov da Ukrayna hakimiyyətinə qarşı təhdidlər edib.
"Bankovaya hələ də dayanır. Bəs Ali Radanın binası niyə dağılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Onlar hələ də dayanırlar?”, deyə Solovyov Telegram kanalında qeyd edib.
Bizim.Media