Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məluamta görə, hadisə 10 mart tarixində baş verib. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib.
MÖVZU İLƏ BAĞLI:
Rus hərbçisi avtomobildə yandı - Ermənistanda
Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.
Bir qədər sonra onun həyat yoldaşı Siruş səs eşidərək evdən çıxıb. Bu zaman o, ərinin maskalı şəxslə dalaşdığını görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb. Belə olduqda maskalı şəxs ona da bıçaqla hücum edib.
Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub. Hazırda cinayətkarın axtarışı davam edir.
Bizim.Media