Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə taxıl sazişinin davam etdirilməsini müzakirə etməyi planlaşdırır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri bunu Fars körfəzi ölkələrinə rəsmi səfərə getmədən öncə İstanbul hava limanında jurnalistlərə açıqlamasında qeyd edib.
"Tezliklə bir yaşı tamam olacaq bu təşəbbüs diplomatik qələbə kimi tarixə düşdü. Təşəbbüs çərçivəsində 33 milyon tondan çox məhsul tədarük edildi. Bunun sayəsində bir çox ölkələrdə ərzaq böhranının qarşısı alındı”, - deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
O qeyd edib ki, taxıl müqaviləsinin Rusiyanın şərtləri ilə bağlı hissəsi yerinə yetirilən kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 17.07.2023
"Taxıl sazişi"nin dayandırılması ilə bağlı Ərdoğandan mühüm AÇIQLAMA
Hazırda oxunan: "Taxıl sazişi"nin dayandırılması ilə bağlı Ərdoğandan mühüm AÇIQLAMA
Hazırda oxunan: "Taxıl sazişi"nin dayandırılması ilə bağlı Ərdoğandan mühüm AÇIQLAMA
146664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.