ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.
"Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu, baş verəcək", - o deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:33 / 16.07.2023
“Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub” - ABŞ Prezidentinin köməkçisi SON NÖQTƏNİ QOYDU
Hazırda oxunan: “Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub” - ABŞ Prezidentinin köməkçisi SON NÖQTƏNİ QOYDU
Hazırda oxunan: “Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub” - ABŞ Prezidentinin köməkçisi SON NÖQTƏNİ QOYDU
146544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.