Rusiya ilə İran arasındakı qalmaqal davam edir - TƏFƏRRÜAT

Rusiya ilə İran arasındakı qalmaqal davam edir - TƏFƏRRÜAT

Hazırda oxunan: Rusiya ilə İran arasındakı qalmaqal davam edir - TƏFƏRRÜAT

146495

Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının "qırmızı xətlərinə", o cümlədən suverenlik və ərazi bütövlüyünə hörmətdən asılıdır. 

Bizim.Media Mehr agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf səsləndirib.

Qalibafın sözlərinə görə, İran parlamenti Rusiya və Körfəz Əməkdaşlıq Şurasının Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları ilə bağlı birgə bəyanatının məzmununu rədd edir:

“Biz bu məsələdə heç bir tərəfə güzəştə getməyəcəyik. İran Fars körfəzində sabitliyin yeganə təminatçısıdır və bu həssas bölgədə Qərbin təhlükəli planlarını neytrallaşdırır”.
Rusiyanın özünün Qərbin və NATO-nun “geosiyasi ekspansionizminin” qurbanı olduğunu bildirən Qalibaf  əlavə edib ki, Rusiya Qərbə Fars körfəzi regionunda sabitliyin pozulmasına yardım etməməlidir.

Qeyd edək ki, İran və BƏƏ arasında Fars körfəzindəki üç ada üzərində ərazi mübahisəsi var. 

BƏƏ bu adaların suveren mülkiyyətinə malik olduğunu iddia edir. İranda bu üç sərhəd adası “əbədi İran ərazisi” sayılır.

Bundan əvvəl Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin köməkçisi, Xarici İşlər Nazirliyinin Fars Körfəzi İdarəsinin rəisi Əlirza Enayəti Əbu Musa, Böyük və Kiçik Tomb adalarının əbədi olaraq İrana aid olduğunu vurğulayıb və Rusiyanı bu məsələdə mövqeyini düzəltməyə çağırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO