İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü həkimlərə köməklərinə görə təşəkkür edib və susuzluqdan əziyyət çəkdikdən sonra özünü çox yaxşı hiss etdiyini bildirib.
Bizim.Media “Ynet” portalına istinadən xəbər verir ki, bununla bağlı Baş nazir özü məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu xəstəxanaya YERLƏŞDİRİLDİ
“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Təbəriyyə gölündə günəş altında, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu pis fikir idi”, - deyə o qeyd edib.
Netanyahu israilliləri istilərə görə günəşdə daha az vaxt keçirməyə və daha çox su içməyə çağırıb.
Qeyd edək ki, özünü pis hissə edən İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv yaxınlığındakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib.
Bizim.Media