“Rusiya Zaporojye istiqamətində uzaqmənzilli artilleriyada üstünlüyünü itrib".
Bizim.Media xəbər verir ki, bu fikri “Bild”in hərbi analitiki Julian Röpke Rusiyanın 152 mm-lik “Sümbül-B” topunun HIMARS raketi ilə Zaporojye istiqamətində məhv edilməsinin videosunu şərh edərkən bildirib.
Ekspert qeyd edir ki, bu cür videolara getdikcə daha tez-tez rast gəlirik:
"NATO-nun 155 mm-lik dəqiqlikli artilleriyasına və idarə olunan raket artilleriyasına (HIMARS, M-270, Mars-II) qarşı Rusiyanın hava hücumundan müdafiə sistemlərinin heç bir şansı yoxdur. Rusiyanın Ukrayna hücumlarının ölümcül dəqiqliyinə nə qədər tab gətirə biləcəyi sual olaraq qalır", - deyə o bildirib.
Bizim.Media