Kadırovdan vəzifəsindən uzaqlaşdırılması ilə bağlı iddialara CAVAB 

Kadırovdan vəzifəsindən uzaqlaşdırılması ilə bağlı iddialara CAVAB 

Hazırda oxunan: Kadırovdan vəzifəsindən uzaqlaşdırılması ilə bağlı iddialara CAVAB 

146403

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırki vəzifəsinə davam etmək üçün növbəti seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. 

Bizim.Media “Qroznı İnform” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə hökumətin geniş tərkibdə keçirilən iclasında bildirib. 

“Müddət bitdikdən sonra Allahın izni ilə mən yenidən seçkiyə gedəcəyəm və xalq seçsə, işləməyə davam edəcəyəm”, - deyə Çeçenistan lideri söz verib. 

Kadırov vətəndaşları təxribatçıların yaydığı şayiələrə və ehtimallara inanmamağa çağırıb. 

“Şaiyələr yayılır ki, məni işdən çıxarırlar və yerimi başqası axtarılır. Onlar mənim yerimə heç kimi axtarmırlar”, - Kadırov deyib. 

Xatırladaq ki, 2021-ci ilin sentyabrında R.Kadırov öz rekordunu yeniləyərək respublika başçısı seçkilərində 99,7% səs qazanmışdı. Onun vəzifə müddətinin bitmə tarixi 2026-cı ilin sentyabrıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO