Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko yayıb.
Onun sözlərinə görə, məhkəmə istintaqdan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət alıb. Nəticədə ona ittiham elan edilib.
Qeyd edək ki, 2018-ci il avqustun 16-da baş nazir Dmitri Medvedev Parşini Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini təyin edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:12 / 13.07.2023
Rusiyada nazir müavini HƏBS EDİLDİ
Hazırda oxunan: Rusiyada nazir müavini HƏBS EDİLDİ
Hazırda oxunan: Rusiyada nazir müavini HƏBS EDİLDİ
146103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.