İyulun 10-da NATO sammitindən əvvəl hakerlər Litvanın paytaxtı Vilnüsdə bəzi internet səhifələrinə hücum ediblər.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.
Hücumlar nəticəsində bəzi saytlar işləməyib.
Bir gün əvvəl Milli Mərkəzə daha iki kiber hadisə barədə məlumat daxil olub, o zaman regional radiostansiyanın və şəhərin ticarət mərkəzlərindən birinin işində yaranan fasilələr nəticəsində efirdə dezinformasiya xarakterli mesajlar yayılıb.
Mərkəz yayılan dezinformasiyanın mahiyyətini dəqiqləşdirmir.
Mobil rabitə və internet xidmətləri provayderindən bildirilib ki, Litvada müxtəlif dövlət qurumlarına və şirkətlərinə hücum çağırışları teleqram messencerinin kanallarında aktiv şəkildə eşidilir.
Məlumata görə, artıq Litva NATO sammiti ilə bağlı məxfi məlumatların hakerlər tərəfindən oğurlanması faktını araşdırır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:21 / 13.07.2023
Litva NATO sammitində haker HÜCUMU: Fakt araşdırılır
Hazırda oxunan: Litva NATO sammitində haker HÜCUMU: Fakt araşdırılır
Hazırda oxunan: Litva NATO sammitində haker HÜCUMU: Fakt araşdırılır
145960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.