Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, "Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.
"Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.
Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:30 / 12.07.2023
“Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb - Rusiya MN
Hazırda oxunan: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb - Rusiya MN
Hazırda oxunan: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb - Rusiya MN
145919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.