Bayden Ərdoğanın Aİ-yə üzvlüklə bağlı mövqeyindən xəbərdar olub?

Bayden Ərdoğanın Aİ-yə üzvlüklə bağlı mövqeyindən xəbərdar olub?

Hazırda oxunan: Bayden Ərdoğanın Aİ-yə üzvlüklə bağlı mövqeyindən xəbərdar olub?

145804

ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aİ-yə üzvlük məsələsini gündəmə gətirəcəyi barədə əvvəlcədən məlumat verilib.

Bundan sonra yeni yol xəritəsi hazırlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Hurriyyet qəzeti yayıb.

Qeyd edək ki, iyulun 10-da Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. 

Bu bəyanatdan sonra elə həmin gün NATO baş katibi Yens Stoltenberq deyib ki, Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı sənədləri ratifikasiya edilmək üçün Türkiyə parlamentinə tez göndərməyə razılaşıb.
NATO sammiti başlamazdan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilk dəfə ABŞ dövlət katibi Entoni Blinkenə Türkiyənin Aİ məsələsini gündəmə gətirəcəyini bildirib. 

Blinken telefonla Fidanı dəstəklədiyini qeyd edib. 

Xatırladaq ki, Klinton administrasiyası dövründə də Blinken Türkiyənin AB-yə daxil olma prosesini dəstəkləmişdi. 

"Blinken və Fidan arasında telefon danışığından sonra prezident Ərdoğan eyni mesajı ABŞ prezidenti Baydenə də göndərib. Bir qədər təəccüblənən Bayden Türkiyənin siyasətini dəstəkləyəcəyini açıqlayıb və yeni yol xəritəsi qüvvəyə minib", - nəşr yazıb.

Yeri gəlmişkən, Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman Avropa İqtisadi Birliyi) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO