Bu gün Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Bu gün Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Hazırda oxunan: Bu gün Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

145793

İyulun 12-də Litvanın paytaxtı Vilnüsdə NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək. Bu, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyaya kömək edəcəyi gözlənilən yeni əməkdaşlıq formatıdır.

Bizim.Media xəbər verir ki, sammitin proqramına əsasən, iclasdan öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Daha sonra Ukrayna-NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. NATO-nun Baş katibi iclasdan sonra nəticələrə dair çıxış edəcək.

NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernevin mətbuata açıqlamasına görə, iclasda mövcud təhlükəsizlik məsələləri və NATO-nun inkişafının strateji baxışı, eləcə də Ukraynanın Alyansa daxil olması müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO