Ərdoğan Baydenlə görüşdü - YENİLƏNİB - FOTO

Ərdoğan Baydenlə görüşdü - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Ərdoğan Baydenlə görüşdü - YENİLƏNİB - FOTO

145700

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnusda keçirilən NATO zirvəsi çərçivəsində LITEXPO Sərgi Mərkəzində ABŞ prezidenti Co Bayden ilə görüşüb.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Ərdoğan yenidən prezident seçilməsi münasibətilə ona göndərdiyi təbrik mesajına görə Baydenə təşəkkür edib. 

"İndi sizin seçkiyə hazırlıqlarınız var. Əvvəlcədən sizə uğurlar arzulayıram”, - Ərdoğan bildirib.

Bayden İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Ərdoğanın Baydenlə görüşündə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, müdafiə sənayesi rəhbəri Haluk Görgün və prezidentin baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

*** 17:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə görüşüb.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, iki ölkə liderləri Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.

Onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO