Moldovada Rusiya casus şəbəkəsi ifşa edildi

Moldovada Rusiya casus şəbəkəsi ifşa edildi

Hazırda oxunan: Moldovada Rusiya casus şəbəkəsi ifşa edildi

145585

Moldovada sabitliyi pozmaq məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan casus şəbəkəsi ifşa edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) rəhbəri Aleksandr Mustyats bildirib.

Qeyd edilib ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya vətəndaşlarıdır.

“Biz dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib”, - deyə İTX-nin rəhbəri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO