Avropa İtifaqı Şurasının rəhbəri Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Ankara ilə Aİ arasında münasibətləri müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, Şarl Mişel görüş barədə Tvitter hesabında qeyd edib.
"NATO sammitində Ərdoğanla yaxşı görüş keçirdik. Biz əməkdaşlığımızı daha mənalı etmək və əlaqələrimizə yeni təkan vermək yollarını araşdırdıq", - Mişel qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə görüşüb. Görüş Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. NATO sammiti iyulun 11-12 tarixlərində keçiriləcək.
Bizim.Media
Good meeting with President @RTErdogan at #NATOsummit.
— Charles Michel (@CharlesMichel) July 10, 2023
Explored opportunities ahead to bring ??-?? cooperation back to the forefront & re-energise our relations.
EUCO has invited HRVP & @EU_Commission to submit report with a view to proceed in strategic & forward-looking manner pic.twitter.com/sIvOfXnfws