Putin Gerasimovu Rusiya ordusunun Ukraynadakı komandanı vəzifəsindən çıxartdı

Putin Gerasimovu Rusiya ordusunun Ukraynadakı komandanı vəzifəsindən çıxartdı

Hazırda oxunan: Putin Gerasimovu Rusiya ordusunun Ukraynadakı komandanı vəzifəsindən çıxartdı

145375

Rusiya prezidenti Vladimir Putin “Azov” komandirlərinin geri qayıtması ilə bağlı daha bir yüksək rütbəli generalı vəzifəsindən azad edib. Söhbət 67 yaşlı Valeri Gerasimovdan gedir. O, təyinatından altı ay sonra Rusiya ordusunun Ukraynadakı komandanı vəzifəsindən uzaqlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

“Müharibə zamanı Putin bir neçə vəzifəli şəxsi, o cümlədən “Mariupol qaniçəni” kimi tanınan general-polkovnik Mixail Mizintsevi və bu ilin əvvəlində Uqledarda çoxsaylı hərbçilərinin ölümünə görə general Rüstəm Muradovu işdən çıxarıb”, - məlumatda deyilir.

Bununla belə, Gerasimov Baş Qərargah rəisi kimi Rusiya silahlı qüvvələrinə rəhbərlik edəcək, lakin komandan kimi onu Rusiya Silahlı Qüvvələrinin general-polkovniki Mixail Teplinski əvəz edəcək. 

Gerasimovu işdən çıxarmaq qərarı “Vaqner” özəl hərbi şirkətinin qondarma "üsyanından" bir neçə həftə sonra qəbul edilib.

Mənbə əlavə edir ki, Gerasimovun komandanlıqdan çıxarılması NATO-nun iyulun 12-də Litvada keçiriləcək sammitinə təsadüf edir. Həmin tədbirdə Qərbin Ukraynaya dəstəyi artırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO