Kremldən “Azovstal” komandirlərinin Ukraynaya qayıtmasına REAKSİYA 

Kremldən “Azovstal” komandirlərinin Ukraynaya qayıtmasına REAKSİYA 

Hazırda oxunan: Kremldən “Azovstal” komandirlərinin Ukraynaya qayıtmasına REAKSİYA 

145271

“Azov alayının liderlərinin Türkiyədən Ukraynaya qayıtması həm Ukrayna, həm də Türkiyə tərəfindən mövcud razılaşmaların mütləq pozulmasıdır”. 

Bizim,Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski “Azovstal” müdafiəsinə rəhbərlik edən komandirlərlə Türkiyədən qayıdır


"Razılaşmaların şərtlərinə görə, Azov liderləri münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər", - deyə Putinin sözçüsü bildirib. 

Peskov qeyd edib ki, Türkiyə NATO-nun üzvü kimi alyansla həmrəylik nümayiş etdirir: “Rusiya Federasiyası hər şeyi mükəmməl başa düşür”. 

O, həmçinin bildirib ki, Türkiyə böyük təzyiq altındadır, lakin “müqavilələrin pozulması heç kimə rəng vermir”.

Qeyd edək ki, bu gün “Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad edildikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyədən Ukraynaya qayıdıbar.
Siyahıda beş hərbçinin adı və soyadı var: “Redis” ləqəbli “Azov”un komandiri Denis Prokopenko, “Volina” ləqəbli 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri vəzifəsini icra edən Sergiy Volınski, “Kalina” ləqəbli “Azov” komandirinin müavini Svyatoslav Palamar, Ukrayna Milli Qvardiyasının mayoru Oleq Xomenko, Ukrayna Milli Qvardiyasının polkovniki Denis Şleqa.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO