NATO ölkələrinin builki hərbi büdcəsi 1,26 trilyon dollardan artıq olacaq

NATO ölkələrinin builki hərbi büdcəsi 1,26 trilyon dollardan artıq olacaq

Hazırda oxunan: NATO ölkələrinin builki hərbi büdcəsi 1,26 trilyon dollardan artıq olacaq

145142

Bu il ABŞ, Kanada və Avropa ölkələrinin məcmu müdafiə xərclərinin rekord həddə çatması fonunda NATO ölkələrinin hərbi büdcəsi 8,3 faiz artacaq. 

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, Şimali Atlantika alyansının açıqladığı rəqəmlərə görə alyansa üzv ölkələrin müdafiə xərclərinin 1,26 trilyon dollardan artıq olacağı gözlənilir.  

Bildirilib ki, hazırki, qiymətlər və valyuta kursları nəzərə alınaraq aparılan təxmini hesablamalara görə dünyada ən çox müdafiə xərcləri 9 il ardıcıl olaraq ABŞ-də gözlənilir. Birləşmiş Ştatların hərbi büdcəsinin 860 milyard dollardan artıq olacağı bildirilir. 
Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq bu rəqəmlərin hazırkı şəraitdə məqbul olduğunu bildirib. Bu il NATO-ya 31 ölkədən 11-ində müdafiə xərcləri ümumi büdcədən 2 faiz artıq vəsait ayrılıb.

Stoltenberq əlavə edib ki, 2014-cü ildən bəri ABŞ xaricindəki NATO müttəfiqləri hərbi xərclərə əlavə 450 milyard dollar ayırıb.

Onun sözlərinə görə, builki 8,3 faizlik artım son on illər ərzində görünməyib və bu vəsait Ukraynanı dəstəkləmək üçün silah-sursat istehsalının artırılmasına yönəldilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO