Lavrov Nyu-Yorkda amerikalılarla Ukrayna ilə bağlı gizli danışıqlar aparıb

Lavrov Nyu-Yorkda amerikalılarla Ukrayna ilə bağlı gizli danışıqlar aparıb

Hazırda oxunan: Lavrov Nyu-Yorkda amerikalılarla Ukrayna ilə bağlı gizli danışıqlar aparıb

144909

Bir vaxtlar ABŞ-ın milli təhlükəsizlik sahəsində çalışan vəzifəli şəxsləri aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə görüşüb. Tərəflər Ukrayna müharibəsinə son qoymaq üçün danışıqların mümkünlüyünü müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bunu "NBC News" nəşrinə ABŞ-ın dörd keçmiş və hazırda çalışan iki rəsmisi deyib.

Mənbə xatırladır ki, Lavrov aprel ayında Rusiyanın həmin ay sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında çıxış etmək üçün Nyu-Yorka gəlmişdi. Elə amerikalılarla bir neçə saat davam edən görüş də həmin vaxt keçirilib.
Onunla Ukraynadakı vəziyyəti Xarici Əlaqələr Şurasının prezidenti və keçmiş diplomat Riçard Has, avropalı ekspert Çarlz Kapçan, Rusiya üzrə ekspert Tomas Qrem, keçmişdə Ağ Evdə və Dövlət Departamentində çalışan şura üzvləri müzakirə edib. 

Söhbət Rusiyanın işğal etdiyi ərazilərin taleyindən gedib.

Bu görüşlə yanaşı, Rusiya prezidenti Vladimir Putinə yaxın sayılan, Kremllə daimi əlaqə saxlayan beynəlxalq münasibətlər üzrə Rusiyanın aparıcı beyin mərkəzlərinin və tədqiqat institutlarının rəhbərlərinin iştirakı ilə bir sıra müzakirələr aparılıb. 

NBC-nin mənbələri rusları riskə atmamaq üçün onların adlarını açıqlamayıb.

Həmçinin, ABŞ-ın keçmiş rəsmilərindən biri Ukraynadakı müharibə ilə bağlı məsələləri müzakirə etmək üçün Rusiyaya səfər edib. Müzakirələrdə Pentaqonun sabiq əməkdaşları da iştirak edib.

Mənbə qeyd edib ki, Bayden administrasiyasının bu görüşlərdən xəbəri olub. Lakin Ağ Evin tələbi ilə baş tutmayıb. Eyni zamanda Lavrovla söhbətin nəticələri barədə ABŞ Milli Təhlükəsizlik Şurasına məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO