Lukaşenko Priqojinin harda olduğunu AÇIQLADI

Lukaşenko Priqojinin harda olduğunu AÇIQLADI

Hazırda oxunan: Lukaşenko Priqojinin harda olduğunu AÇIQLADI

144862

“Vaqner” özəl hərbi şirkətinin başçısı Priqojin hazırda Belarus ərazisində deyil.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, “Vaqner” qrupunun döyüşçüləri isə Rusiyadakı daimi düşərgələrindədir.

“Yevgeni Priqojinə gəlincə, o, Piterdədir. Ola bilsin, Moskvaya gedib, amma o, Belarus ərazisində yoxdur”, - deyə Lukaşenko bildirib.

O qeyd edib ki, “Vaqner” döyüşçülərinin Belarusda yerləşdirilməsi şirkət rəhbərliyinin və Rusiya hakimiyyət orqanlarının işidir.

“Bu, “Vaqner” şirkətinin və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar Belarusda müəyyən sayda döyüşçünün istirahət, təlim keçməsi üçün yerləşdirməyi lazım bilsələr, mən qərarımı yerinə yetirəcəyəm”, - deyə Belarus Prezidenti əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO