Rus ordusu Lvova raket zərbəsi endirdi - 4 ölü var - FOTO/VİDEO

Rus ordusu Lvova raket zərbəsi endirdi - 4 ölü var - FOTO/VİDEO

Hazırda oxunan: Rus ordusu Lvova raket zərbəsi endirdi - 4 ölü var - FOTO/VİDEO

144808

İyulun 6-na keçən gecə Ukrayna ərazisi Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, iyulun 6-na keçən gecə paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanların dağıntılar altında qaldığı bildirilib.

Azı 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb.

“Axtarış-xilasetmə əməliyyatı davam edir. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib. Xilasedicilər dağıntıların sökülməsini davam etdirirlər”, deyə nazirlik məlumat yayıb.
Rusiyanın raket hücumları nəticəsində yaşayış binasına ziyan dəyib - iki girişdə 3-cü və 4-cü mərtəbələr dağılıb, 60-a yaxın mənzil və 50 avtomobilə də ziyan dəyib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO