ATƏT-in Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi tanıyıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk sosial şəbəkə hesabında məlumat verib.
“Sənəddə Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. ATƏT PA üzv dövlətləri aşağıdakıları aydın şəkildə tanıyan beynəlxalq normaları gücləndirməyə çağırır:
“Vaqner” Xüsusi Hərbi Şirkətinin terror xarakteri və onun hərəkətləri, habelə Rusiyanın bu terror təşkilatının dövlət himayədarı kimi məsuliyyəti. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”, - deyə Kravçuk qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:11 / 04.07.2023
ATƏT PA Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi TANIDI
Hazırda oxunan: ATƏT PA Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi TANIDI
Hazırda oxunan: ATƏT PA Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi TANIDI
144580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.