Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Eymən əs-Safadi ilə Ankarada keçirdiyi mətbuat konfransında İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı məsələsinin daha çox şübhə doğurduğunu söyləyib.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, türkiyəli nazir deyib:
“Mübarək Qurban bayramının ilk günündə Stokholmda müqəddəs kitabımız “Qurani-Kərim”ə edilən alçaqcasına hücumu və bütün xəbərdarlıqlarımıza rəğmən bu mənfur hərəkətə göz yumulmasını bir daha qətiyyətlə qınayırıq”.
H.Fidan İƏT-in bununla bağlı fövqəladə iclas keçirdiyini xatırladaraq bildirib ki, bu məsələni İordaniyalı həmkarı ilə də müzakirə edib. O əlavə edib ki, Türkiyə bu cür əməllərə ən ciddi şəkildə etiraz etməkdə davam edəcək:
“Ciddi tədbirlər görülməyəcəyi təqdirdə bu, nə ilk, nə də son hadisə olacaq. Xüsusən, İsveçdə bu cür hərəkətlərin dövlət mühafizəsi və polisin nəzarəti altında edilməsi çox düşündürücü haldır. İsveçin NATO-a üzvlüyünün müzakirə edildiyi günlərdə bu ölkənin təxribatların qarşısını almağa qadir olmadığı və NATO-ya daha çox güc deyil, əksinə, problem gətirəcəyi həqiqətinin məlum olması baxımından bu məsələ həm strateji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən bizi düşünməyə vadar edir”.
Bizim.Media
![Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur](https://bizim.media/file/articles/2023/07/04/1688493736_3.jpg)
- A-
- A
- A+
Dünya
22:00 / 04.07.2023
Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur
Hazırda oxunan: Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur
Hazırda oxunan: Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur
144571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.