“Fransada başlayıb qısa müddət ərzində digər ölkələrə yayılan son olayların kökündə müsəlmanlara qarşı olan qərəzli mövqe dayanır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Əsrimizin SƏLİB YÜRÜŞÜ – Makron niyə İslama düşmən KƏSİLDİ?
O, Fransada miqrantlar tərəfindən törədilən qırğınlara toxunaraq, “Avropadakı mühacirlərin və müsəlmanların gələcəyi” ilə bağlı narahatlığını ifadə edib:
“Məhz bu ölkələrdə daha çox alçaldılaraq cəmiyyətdən təcrid edilən, mənəvi şiddət görərək çətin yaşam şərtlərinə məhkum edilən mühacirlərin çoxu müsəlmanlardır”.
Bizim.Media